Amerikalı qolfçu mövsümün ən yaxşısı adına layiq görülüb
Peşəkar Qolfçular Assosiasiyası amerikalı Skotti Şeffleri mövsümün ən yaxşı qolfçusu adına layiq görüb.
“Report” assosasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı idmançı 2024 mövsümündə 19 turnirdə iştirak edib, 7 titul qazanıb və 16 dəfə “ilk 10-luğ”a düşüb.
S.Şeffler 2007-ci ildən bəri bu mükafatı ardıcıl iki dəfə qazanan ilk oyunçu olub. Ondan əvvəl bunu Tayqer Vuds bacarmışdı.
"Cebheinfo.az"