Arda Gülər "Real Madrid"dən ayrılır?

İspanyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülərin gələcəyi müzakirə mövzusu olmağa davam edir.
Cebhe.info xəbər verir ki, son günlərdə türk futbolçunun ispan klubundan ayrılacağı iddiaları səsləndirilir.
Daha doğrusu, onun yanvarda başqa bir komandaya icarəyə göndəriləcəyi deyilir. Bu sual "Kral klubu"nun baş məşqçisi Karlo Ancelottiyə də ünvanlanıb.
O isə Ardanın komandada qalacağını açıqlayıb:
"Arda komandaya fayda vermək istəyir. Zədəli futbolçu üçün bu qədər dözmək çox ağırdır, amma Ardanın gələcəyi buradadır. O, burada çox yaxşı işlər görəcək. Çünki çox möhtəşəm istedada sahibdir".
Təcrübəli mütəxəssis 18 yaşlı futbolçunun nə zaman meydanlara qayıdacağının isə bəlli olmadığını diqqətə çatdırıb.
Elmir Mustafa
Cebhe.info