Azərbaycan Basketbol Liqasında təxirə salınan oyun keçirilib - FOTOLAR

Azərbaycan Basketbol Liqasında 2-ci turdan təxirə salınan oyun keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində "Sabah" və "NTD-İndiqo" komandaları qarşılaşıblar.
Görüş "Sabah"ın 81:70 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Sabah"dan Kivon Devenport (27 xal, 7 ribaund), "NTD-İndiqo"dan isə Qriffin Remmi (13 xal, 9 assist) olublar.
Cebhe.info