Azərbaycan Kuboku: Titulu indiyədək 15 baş məşqçi qazanıb

Azərbaycan Kuboku: Titulu indiyədək 15 baş məşqçi qazanıb

“Neftçi” – “Qəbələ” oyununda qalib gələcək komandanın baş məşqçisi Azərbaycan Kubokunu qazanan 16-cı mütəxəssis olacaq.

Bugünkü görüş həm Laurentsiu Regekampf, həm də Elmar Baxşıyev üçün ilk şansdır.

Bunadək Azərbaycan Kubokunda final həyəcanı yaşamayan mütəxəssislərdən biri ilk cəhddən titula sahib çıxacaq.

İndiyədək 15 baş məşqçi kubok sahibi olub. Mütləq rekord Qurban Qurbanova məxsusdur.

1. Qurban Qurbanov - 5

2. Mehman Allahverdiyev - 4

3. Agasəlim Mircavadov - 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov - 2

8-15. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov – 1.

Qeyd edək ki, bu gün "Neftçi" və "Qəbələ" komandaları arasında oynanılacaq final görüşü saat 20:00-da başlayacaq.

Cebhe.info