DÇ-2022-ni izləyən tamaşaçıların sayı məlum oldu

DÇ-2022-ni izləyən tamaşaçıların sayı məlum oldu

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatını artıq iki milyarddan çox tamaşaçı izləyib.

Bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.

Onun açıqlaması qurumun rəsmi saytında yayımlanıb.

“2022-cil il dünya çempionatı televiziyada rekord izləmə rəqəmlərinə malikdir. Yarışın artıq iki milyarddan çox tamaşaçısı var ki, bu da inanılmazdır. Qrup mərhələsinin sonunda açıqlanan rəqəmlər ilk 48 matç üçün ümumilikdə 2,45 milyard tamaşaçının olduğunu göstərir. Pley-offun ilk mərhələsindəki səkkiz matçda cəmi 28 qol vurulub ki, bu da, 1/8 mərhələsinin 1986-cı ildəki tətbiqindən bəri ən yüksək göstəricidir.

Ümid edirik ki, dünya çempionatı başladığı kimi parlaq davam edəcək və uğurla başa çatacaq. Əminəm ki, biz bütün dünyada beş milyard tamaşaçı həddinə çatacağıq.

Stadionlardakı tamaşaçı sayından danışsaq, demək olar ki, hər matçda arenalar tam dolur. Fanat festivalları, müxtəlif fan zonalar da bayram edən və həyatdan həzz alan insanlarla doludur.

Biz bütün dünyada insanlara bir az sevinc və təbəssüm bəxş etmək istəyirik. Futbol budur, dünya çempionatı belədir və sona qədər də belə olmalıdır”, - İnfantino bildirib.

Cebhe.info