Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada bu gün II dövrənin sonuncu – X turunun oyunları keçirilib.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, turun bütün oyunları “Olimpik Star”da baş tutub.

Lider “Baku Fire” 4 xal qabaqladığı ən yaxın izləyicisi “Neftçi” İK ilə görüşdə xal itkisi ilə üzləşib – 3:3. “Şuşa” autsayder “Yasamal Bakı” ilə qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılıb.

“Araz-Naxçıvan” isə U-19 ilə oyunda darmadağına sevinib. Bölgə təmsilçisi yığmanın qapısından 11 cavabsız top keçirib.

"Cebheinfo.az"