Messi tarixi rekordu təkrarlaya bilər
Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.
Cebhe.info xəbər verir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol vurmalıdır.
O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu “pentakampeonlar”la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.
Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər.
Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya – Argentina görüşü noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir cədvəlinə başçılıq edir, “sambaçılar” isə 7 xalla 5-ci pillədə qərarlaşıb.
Cebhe.info