“Milan” İtaliya çempionatında zirvəni ələ keçirdi - VİDEO

“Milan” İtaliya A Seriyasının VII turunda “Latsio”nu qəbul edib.
Qarşılaşma “rossoneri”nin qələbəsi ilə başa çatıb - 2:0.
Hesabı 60-cı dəqiqədə Kristian Pulişiç açıb. 88-ci dəqiqədə Noa Okafor ikinci qolu vurub.
Bu qələbə “Milan”ı liderliyə yüksəldib. Komandanın 18 xalı var. Mövsümə uğursuz başlayan “Latsio” yeddi xalla 14-cüdür.
Cebhe.info