Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu bəlli olub

Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu bəlli olub

Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu müəyyənləşib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Ayın ən yaxşısı "Kəpəz"in futbolçusu Turan Manafovun 19-cu turda "Turan Tovuz"un qapısına vurduğu ilk qol olub.

Münsiflər heyətinin 11 üzvündən 4-ü Turan Manafova səs verib. 26 yaşlı müdafiəçinin ən yaxın izləyiciləri isə bu ay "Turan Tovuz"dan ayrılan Otto Con və "Zirə"nin futbolçusu Ruan Renatodur - hərəyə 3 səs.

https://t.me/xeberleroxu/110873

​​​​​​"Cebheinfo.az"