"Nyukasl" 18 yaşlı ispaniyalı futbolçu ilə anlaşıb

İngiltərənin "Nyukasl" klubu 18 yaşlı ispaniyalı futbolçu Antonio Kordero ilə anlaşıb.
"Report" "Newcastle World"ə istinadən xəbər verir ki, klub Sequnda təmsilçisi "Malaqa"nın formasını geyinən futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdırıb.
İspaniyadan "Real" və "Barselona"nın da maraq göstərdiyi gənc futbolçunun məhz İngiltərə təmsilçisini seçdiyi bildirilib. Futbolçu yeni komandasına azad agent kimi keçəcək.
Qeyd edək ki, A.Kordera cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 36 matçda 6 qol, 7 məhsuldar ötürmə müəllifi olub. Dəyəri 2 milyon avro qiymətləndirilən futbolçu İngiltərə klubuna keçidi rəsmiləşdikdən sonra icarəyə göndəriləcək.
"Cebheinfo.az"