PFL Əliyar Ağayevlə köməkçisini mükafatlandırıb

PFL Əliyar Ağayevlə köməkçisini mükafatlandırıb

"Neftçi" və "Qəbələ" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununun VAR hakimi Əliyar Ağayevlə köməkçisi Akif Əmirəli mükafatlandırılıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, onlara mükafatı qurumun prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, ədalət təmsilçiləri oyun vaxtı Bakı Olimpiya Stadionunda fəaliyyət göstərdiklərinə görə final fitindən dərhal sonra keçirilən mükafatlandırma mərasiminə qatıla bilməyib. Məhz bu səbəbdən onlar mükafatlarına bu gün qovuşublar.

Finalda "Neftçi"yə 1:0 hesabı ilə qalib gələn "Qəbələ" ölkə kubokuna sahib çıxıb.

Cebhe.info