Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”u məğlub edib - YENİLƏNİB

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”u məğlub edib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Turan Tovuz” “Neftçi”ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “ağ-qaralar” 4-cü pilləyə yüksəlib. Meydan sahibləri isə 11 xalla hələlik beşinci sıradadır.

Qeyd edək ki, saat 18:00-da başlayan matçda “Səbail” “Sabah”ı qəbul edir. Ötən gün açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” - “Qəbələ” və “Araz-Naxçıvan” - “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

09:37

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

İlk olaraq “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Bölgə təmsilçisi 11 xalla dördüncü, “ağ-qaralar” doqquz xalla altıncı pillədə qərarlaşıblar.

Günün digər görüşündə “Sabah” səfərdə “Səbail”lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadırlar.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” - “Neftçi”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tovuz şəhər stadionu

18:00. “Səbail” - “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” - “Qəbələ” və “Araz-Naxçıvan” - “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

Cebhe.info