Yüksək Liqada ilk final matçı keçiriləcək

Yüksək Liqada ilk final matçı keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün ilk final matçı baş tutacaq.

"Cebheinfo.az" xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gələcək.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da başlayacaq. Komandalar arasında həlledici görüş isə aprelin 24-də Milli Gimnastika Arenasında baş tutacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.

"Cebheinfo.az"