Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

"Kubokda ilk matçlardan sonra şərh verməyi sevmirəm. Meydanda amansız mübarizə gedirdi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis cütün taleyinin ikinci görüşdə həll olunacağını bildirib: "Birinci matçda işimizi gördük. Artıq Premyer Liqada "Şamaxı" ilə oyunu düşünməliyik. Kubokda, sadəcə, ilk hissəni oynamışıq".

Sadıqov hər iki komandanın bir-birinə oynamaq üçün imkan vermədiyini diqqətə çatdırıb.

Baş məşqçi Felipe Paxtmanın zədələnməsi barədə də danışıb: "Bu, bizi məyus edir. Onun istedadına inanıram. Ümid edirəm ki, bu zədələr geridə qalacaq və oyunçu potensialını tam ortaya qoyacaq".

Cebhe.info