Taysondan məğlub olması ilə bağlı açıqlama

Bütün zamanların ən böyük ağır çəkili boksçularından sayılan Mayk Tayson və Youtuber Jake Paul matçının qalibi Jake Paul olub.
"Cebheinfo.az” xəbər verir ki, Jake Paula uduzan keçmiş çempion Mayk Tayson sosial media hesabından diqqətçəkən açıqlama verib.
İyun ayında az qala öləcəyini bildirən Tayson açıqlamasında, “Bu, uduzduğum, amma yenə də qalib gəldiyim vəziyyətlərdən biridir. Dünən gecəyə görə minnətdaram və son dəfə rinqə çıxdığım üçün peşman deyiləm. İyun ayında az qala ölmüşdüm.
Səkkiz dəfə mənə qan köçürülüb. Qanımın yarısını itirdim və 25 kiloqram arıqladım və döyüş üçün daha yaxşı olmaq üçün mübarizə aparmalı oldum. Sağlamlığımı qorumaq üçün vuruşmağım vacib idi. Təşəkkürlər” deyib.
Əfsanə Rəcəb
"Cebheinfo.az”