"Traktor"un baş məşqçisi Təbrizi tələsik tərk etdi- SƏBƏB

"Traktor"un baş məşqçisi Təbrizi tələsik tərk etdi- SƏBƏB

"Traktor"un baş məşqçisi Pako Xemes qarşılıqlı razılıq əsasında Təbriz klubundan ayrılıb.

"Cebhe.info" xəbər verir ki, buna səbəb İran və İsrail arasında baş verən gərginlik olub.

İspan çalışdırıcı bu barədə "Marca" nəşrinə danışıb. O bildirib ki, təhlükəsizliyi üçün ən yaxşı variant İranı tərk etmək idi:

"Çox narahat vəziyyətdə idik və ən yaxşısı vəziyyəti nəzərə alaraq təhlükəsizliyimiz üçün ölkəni tərk etmək idi.

Ölkəni tərk etmək üçün mövcud olan tələblər çərçivəsində bizi ölkədən çıxaran klub oldu. Klub həmişə bizə çox diqqətli olub, həmişə bizimlə maraqlanıb, bizə böyük sevgi ilə yanaşıb və bizə kömək edib. 

Hücumlar baş verdiyi gün təyyarə ilə çıxa  bilmədik. Ona görə bir gün də gözləməli olduq və bəxtim gətirdi ki, bizi İstanbula aparan bir uçuş var idi. Lakin uçuş da təhlükəli ola bilərdi. Sonda bəzi boşluqlar tapdıq və İstanbula, oradan da İspaniyaya uça bildik. Əmin-amanlıq və təhlükəsizlik idmandan və puldan əvvəl gəlir".

Xatırladaq ki, 54 yaşlı Jemez 2022-ci ilin dekabrında "Traktor"un məşqçisi təyin edilib, lakin o vaxtdan bəri klubla kubok qazanmayıb.

Qeyd edək ki, İran İsrailə aprelin 13-dən 14-nə keçən gecə 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raket atıb. İsrail bu hücumun özü və müttəfiqləri tərəfindən zərərsizləşdirildiyini deyib.

Naibə
"Cebhe.info"