Ulduz futbolçu “Qalatasaray”a qayıdır?

Türkiyənin “Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.
“Cebhe.info” xəbər verir ki, “Cim-Bom” Teteni komandadan göndərmək istəyir.
Baş məşqçi Okan Burukun heyətdə düşünmədiyi braziliyalı futbolçunun yanvar ayında icarəyə verilməsi gündəmdədir. Bu mövsüm 17 matçda 2 qol vuran, 1 məhsuldar ötürmə edən Tetenin Avropa klublarından birinə getməsi gözlənilir.
İstanbul klubu isə onun yerinə sabiq futbolçusunu heyətinə qatmaq niyyətindədir. Belə ki, “Qalatasaray” yay aylarında “Aston Villa”ya icarəyə verdiyi Nikolo Zaniolonu geri qaytarmaq istəyir.
İtaliyalı futbolçu ingilis klubunda meydana çıxdığı 16 matçda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
“Aston Villa”nın təklifə müsbət yanaşacağı təqdirdə, Zaniolo yanvar ayında yenidən İstanbul təmsilçisinə qayıda bilər.
Elmir Mustafa
"Cebhe.info"