Yığmamız dünya çempionatı ilə vidalaşdı

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib.
Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.
"Cebheinfo.az"