Avro ilk dəfə ucuzlaşıb

Avro ilk dəfə ucuzlaşıb

Türkiyə valyuta birjalarında son 1 həftədə ilk dəfə avro lirə qarşısında ucuzlaşıb.

“Cebhe.info” xəbər verir ki, ucuzlaşma 0.21 faiz səviyyəsində olub.

Hazırda 1 avro 36.08 lirəyə təklif olunur.

Dollar isə 0.12 faiz bahalaşaraq 33.11 lirəyə yüksəlib.

Vilayət Muxtar
“Cebhe.info”