Azərbaycan İraqla əlaqələri daha da genişləndirə bilər
Azərbaycan və İraqın maliyyə sektorları, o cümlədən bank sektorları arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə predmetidir.
"Cebheinfo.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
"Azərbaycanla İraq arasında birbaşa ödəmələrin həyata keçirilməsini müzakirə etdik. Ödəmələrdəki problemlər, axsamalar çox böyük mövzudur. Bu gün verilən qərarlar və ifadə edilən niyyətlər ikitərəfli ticarət dövriyyəsini ciddi şəkildə artıra biləcək", - deyə o qeyd edib.
"Cebheinfo.az"