Azərbaycana xaricdən pul köçürmələri kəskin azalıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 2 milyard 76.4 milyon manat vəsait daxil olub.
Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manata bərabər olub.
Cebhe.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.4 dəfə və ya 2 milyard 847.9 milyon manat, banklardan xaricə köçürmələr isə 38.5% və ya 323.7 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 924.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 840.6 milyon manat təşkil edib.
Cebhe.info