Azərbaycanda kərə yağı istehsalı 3 %-ə yaxın artıb

Azərbaycanda kərə yağı istehsalı 3 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 18 min 053,4 ton kərə yağı istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 5 min 785,8 ton qaymaq istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,2 % çoxdur.

Sentyabrın 1-nə ölkədə 85,4 ton kərə yağı ehtiyatı yaranıb.

Cebhe.info