Azərbaycanla Əfqanistan arasında əlaqələr genişlənir
“Taliban” Azərbaycan-Əfqanıstan iqtisadi münasibətlərinin inkişafında maraqlıdır.
“Cebheinfo.az” “Tasnim News”-ə istinadən xəbər verir ki, dünən “Taliban” hökumətinin iqtisadiyyat naziri Din Məhəmməd Hənif ilə Azərbaycanın Kabildəki səfiri İlham Məhəmmədov arasında görüş keçirilib.
Görüşdə Azərbaycanla Əfqanistan arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi ilə məsələlər müzakirə olunub.
Görüşdə tərəflər Əfqanıstanla Azərbaycan arasında diplomatik əlaqələrin inkişafını iki ölkənin iqtisadi və ticarət əməkdaşlığının yaxşılaşdırılması və iqtisadi artımı baxımından önəmli heab ediblər.
Tərəflər, həmçinin müxtəlif sahələrdə birgə əməkdaşlığın önəmini də vurğulayıblar.
Yunis Abdullayev
“Cebheinfo.az”