Bakıda Tacikistanla bağlı müzakirə aparılıb
19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov arasında görüş olub.
ADY-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında dəmir yolu sahəsində əməkdaşlığın əsas istiqamətləri və inkişaf perspektivləri, xüsusilə Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.
Qeyd olunub ki, Çin-Tacikistan avtomobil yolu ilə çatdırılan yüklərin Tacikistandan Avrasiya Nəqliyyat Marşrutu ilə dəmir yolu vasitəsilə qərb istiqamətində daşınması Orta Dəhlizin şaxələndirilməsi üçün mühüm imkanlar təqdim edir.
"Cebheinfo.az"