Bankların xarici borcu artıb

Azərbaycanda fəaliyyət göstərən bankların xarici borcu artıb.
Cebhe.info xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının cari ilin 4 aylıq hesabatında qeyd olunub.
Hesabata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 782 milyon manat artıb. Bununla da bankların ümumi xarici borcu 2 milyard 544 milyon manata yüksəlib.
Bildirilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların “loro” müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Vilayət Muxtar
Cebhe.info