Dövlət İmtahan Mərkəzi sığortaçı seçir
Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
"Cebheinfo.az" xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini dekabrın 2-nə qədər DİM-in yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 2-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
"Cebheinfo.az"