Dünya Bankı dünya iqtisadiyyatının artımının azalacağını proqnozlaşdırıb

Dünya Bankı dünya iqtisadiyyatının artımının azalacağını proqnozlaşdırıb

Dünya iqtisadiyyatının artım tempi faiz dərəcələrinin artması və maliyyə riskləri səbəbindən bu il 2,1%-ə qədər azalacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu proqnoz Dünya Bankının (DB) bu gün dərc olunan “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun hesabatında verilib.

“Dünya iqtisadiyyatının artım tempinin 2022-ci ildəki 3,1%-dən 2023-cü ildə 2,1%-ə qədər azalacağı proqnozlaşdırılır. Çin istisna olmaqla, inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan iqtisadiyyatlarda artımın ötənilki 4,1% səviyyəsindən 2,9%-ə qədər yavaşlaması gözlənilir. Bu proqnozlar qiymətləndirmələrin azalmaya doğru yenidən nəzərdən keçirildiyini əks etdirir. İnkişaf təxminləri formalaşan bazar və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrin 70%-də və inkişaf etmiş iqtisadiyyata malik ölkələrin demək olar hamısında azalmaya doğru yenidən nəzərdən keçirilib”, - bankın mütəxəssisləri bildirib.

Bu ilin yanvarında Dünya Bankı bir sıra ölkələrin pul-kredit siyasətini sərtləşdirməsi və təchizat zəncirindəki fasilələr fonunda bu il qlobal iqtisadi artımın 1,7%-ə qədər azalacağı ilə bağlı proqnoz təqdim etmişdi. Bank mütəxəssisləri, həmçinin yeni şoklar baş verəcəyi təqdirdə qlobal tənəzzül riskinin olduğunu da qeyd etmişdilər.

Cebhe.info