"İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır"

"İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır"

İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur.

"Cebheinfo.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək.

Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.

"Cebheinfo.az"