Laçın Beynəlxalq Hava Limanından yeni görüntülər
Laçın Beynəlxalq Hava Limanından yeni görüntülər yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.
Görüntüləri təqdim edirik:
"Cebheinfo.az"