Naxçıvanda kommersiya qurumları elektron qaydada qeydiyyata alınıb

Naxçıvanda kommersiya qurumları elektron qaydada qeydiyyata alınıb

Naxçıvan Muxtar Respublikasında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3567 yeni vergi ödəyicisi qeydiyyata düşüb.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, onların 3404-ü fiziki, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb.

Cari ilin 6 ayında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada, 38,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota götürülüb.

"Cebhe.info"