Neftimiz 4 dollara qədər ucuzlaşdı

Neftimiz 4 dollara qədər ucuzlaşdı

"Azeri Light" markalı Azərbaycan nefti 4 dollara qədər ucuzlaşıb.

Cebhe.info xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,81 ABŞ dolları, yaxud 4,44 % azalaraq 82 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Cebhe.info