Ölkədə pul bazası niyə azalır: Tendensiya davam edəcək?

Ölkədə pul bazası niyə azalır: Tendensiya davam edəcək?

Azərbaycanda pul bazasında azalma müşahidə olunur. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü il dekabr ayının 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 0.4 % və ya 67.6 milyon manat azalaraq 18 milyard 334.4 milyon manata enib. 

Qeyd olunub ki, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 5 % və ya 874.1 milyon manat, son 1 ildə isə 9.7 % və ya 1 milyard 626.2 milyon manat artıb.

Mələsə ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya şərhində qeyd edib ki, Azərbaycan pul bazısının ilin əvvəlindən bəri artması ölkənin xərcləri ilə əlaqəlidir:

"Büdcə xərcləri artarkən ölkənin pul bazasında artım baş verir. Düzdür, son bir neçə ayda pul bazasında azalma müşahidə olunur. Yəqin ki, bu, texniki düzəliş ilə bağlıdır.

Bunun ölkənin iqtisadiyyatına o qədər ciddi təsirləri yoxdur. Amma istənilən halda büdcə xərclərinin artması və büdcədə artımın müşahidə olunması pul bazasının artmasına səbəb olur.

Əlbəttə, pul bazasında artım və ya azalma birbaşa ölkə iqtisadiyyatında yaşayan proseslərin rəqəmsal ifadəsidir. Onsuzda yaxın zamanda pul bazasında yenidən artımın olacağı gözləniləndir. 

Pul bazasında artımın yeganə mənfi təsiri budur ki, bu, inflyasiyanın artmasına müəyyən mənada şərait yaradır". 

Yunis bdullayev 
Cebhe.info