Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb

Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb

Rusiyanın qızıl ehtiyatları rekord həddə çoxalıb.

“Cebhenfo.az”- xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatlarında qeyd edilib.

Artıma səbəb kimi, qiymətli metalın bahalaşması göstərilir.

Belə ki, sözügedən səbəbdən Rusiyanın qızıl ehtiyatları tarixdə ilk dəfə 200 milyard ABŞ dolları həddini keçərək rekord həddə - 207,69 milyard ABŞ dollarına çatıb.

Qeyd olunur ki, son bir ay ərzində Rusiyanın qızıl ehtiyatları 4 % və ya təxminən 8 milyard ABŞ dolları dəyərində artıb. 

Sentyabrın sonunda onların həcmi 199,76 milyard ABŞ dolları idi.

“Cebhenfo.az”