Təkcə bu bölgəyə 1,6 milyon turist gəlib

Nevşehir valisi Əli Fidan Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokyaya ilin ilk 5 ayında 1 milyon 660 min turistin gəldiyini bildirib.
"Cebhe.info" xəbər verir ki, Nevşehir Valiliyində ənənəvi bayram mərasimi keçirilib. Kapadokya bölgəsinin Türkiyənin əhəmiyyətli turizm məkanlarından biri olduğunu deyən Nevşehir valisi Əli Fidan bildirib:
“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kapadokya bölgəsindəki yerli və xarici turistlərə açıq olan muzeylər, xarabalıqlar və yeraltı şəhərlər ziyarət edilib. Rayonumuzu 1 milyon 660 min yerli və xarici turist ziyarət edib. Biz bayram günlərində də bu nisbəti - 90 faiz qiymətləndiririk".
Nigar
"Cebhe.info"