Türkiyədə inflyasiya azalmaqda davam edir

Türkiyədə inflyasiya azalmaqda davam edir

May ayında Türkiyədə inflyasiya illik ifadədə 39,59 faizə düşüb ki, bu da aprel (43,68 faiz) və mart (50,5 faiz) ilə müqayisədə azdır.

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Statistika Bürosunun məlumatlarına istinadən yazıb.

Türkiyə Mərkəzi Bankının proqnozuna görə, ilin sonuna qədər inflyasiya 22,3 faizə düşəcək.

Öz növbəsində, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadi siyasətlərinə qarşı çıxan elm adamları və iqtisadçıların yaratdığı Müstəqil İnflyasiya Analizi Qrupu qiymətlərin 109 faiz artdığını iddia edir.

Rusiya mətbuatı yazıb ki, son illər ölkədə əks mənzərə müşahidə olunur. Seçkilərdən sonra türk valyutası ucuzlaşmağa davam edərək, bir dollar üçün 21 lirə səviyyəsindən aşağı düşüb.

Beş il əvvəl o, indikindən demək olar ki, beş dəfə güclü idi. Bildirək ki, Ərdoğan lirənin tezliklə möhkəmlənəcəyini və inflyasiyanın azalacağını vəd edib.

"Morgan Stanley"-in məlumatına görə isə, ilin sonuna qədər pul siyasəti dəyişmədən Türkiyədə dollar 28 lirəyə kimi bahalaşacaq.

Sevinc Tapdıqqızı
Cebhe.info