Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək
Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək.
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, vergi orqanının vergi ödəyicisinin milli və xarici valyutada cari və digər hesablarında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və ya bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu məlumatı vergi orqanına elektron qaydada təqdim edəcək. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların 1 iş günü müddətində qaytarılmasını təmin edəcək.
Vergi orqanının vergi ödəyicisinin eyni kredit və elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində qaytarılmasını təmin edəcək.
Cebhe.info