Samuxda qətl törədilib - YENİLƏNİB

Samuxda qətl törədilib - YENİLƏNİB

Noyabrın 9-də saat 16:20 radələrində Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polis polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

17:10

Samuxda qətl hadisəsi baş verib.

Hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasov Muraz bıçaqlanaraq qətlə yetirilib.

Cebhe.info