6.2 milyon dollara alınan bananı yedi - VİDEO

6.2 milyon dollara alınan bananı yedi - VİDEO

Çinli milyonçu Castin Sun 6.2 milyon dollara satın alınan sənət əsərindəki bananı yeyib.

Modern.az-ın məlumatına görə, o, bu addımı Honq-Konqda keçirilən xüsusi mətbuat konfransında atıb.

“Digər bananlardan çox dadlıdır. Həqiqətən, bu, çox yaxşıdır”, - Castin Sun meyvəni yedikdən sonra deyib.

Çinli sahibkar bu yaxınlarda Nyu-Yorkda yerləşən "Sotheby's" auksionunda italiyalı rəssam Mauritsio Kattelanın orijinal əsərini 6,2 milyon dollara alıb.

https://t.me/modern_azz/43739

"Cebheinfo.az"