Aktrisa reklam üzü oldu: Milyonlar qazandı

“Yalı Çapkını” serialındakı uğurlu performansı ilə sevilən türkiyəli aktrisa Afra Saraçoğlu qazancını daşınmaz əmlaka yatırmağı planlaşdırır.
“Cebheinfo.az" xəbər verir ki, reklam siması olduğu geyim markasından 35 milyon lirə (hazırda təxminən 1 milyon 570 min 365 Azərbaycan manatı) qazanan gənc aktrisa İstanbul və Egey bölgəsinə sərmayə qoymağı planlaşdırır.
Saraçoğlunun bu istiqamətdə mütəxəssislərlə danışıqlar apardığı bildirilib. Aktrisanın daşınmaz əmlak investisiyası ilə sərvətini daha da artırmaq istədiyi deyilir..
Həmçinin, Saraçoğlu Paris Moda Həftəsində zərifliyi ilə böyük maraq doğurub. “Balenciaga” dəfiləsinin yeganə türkiyəli qonağı olan aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar qısa zamanda çox sayda izləyici tərəfindən bəyənilib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”