Bu insanlar daha uzun yaşayırlar

Bu insanlar daha uzun yaşayırlar

Madrid Universitetinin mütəxəssisləri müəyyən xarakter xüsusiyyətləri ilə gözlənilən ömür uzunluğu arasında maraqlı əlaqə müəyyən ediblər.

Cebhe.info “Journal of Happiness Research”-ə əsasən bildirib ki, sağlam uzunömürlülüyün əsas amilləri minnətdarlıq və empatiya göstərmək bacarığı, şənlik, gümrahlıq və xüsusən də maraqdır.

Tədqiqat yaşı 100 ilə 107 arasında olan 14 minə yaxın insanı əhatə edib. Alimlər onların həyat tərzinin xüsusiyyətlərini diqqətlə öyrənib və onların uzun ömür sürməsinə kömək edən şəxsiyyət xüsusiyyətlərini aşkar ediblər.

Uzun yaşamaq üçün yumor hissi ilə dəstəklənən nikbinlik çox vacibdir. Onlar istər-istəməz insanları müşayiət edən stressin şiddətini azaldır. İdeal olaraq, mömin də olmaq yaxşı olardı, bu çox ciddi psixoloji dəstəkdir.

“Neqativlər üzərində dayanmayın, naqisliklər və səhvlər üçün başqalarını və özünüzü bağışlayın,-deyə araşdırmada bldirilir. Bu, həm də sağlamlığı və sabit sinir sistemi olan insanlara xas olan xüsusiyyətlərdən biridir və ömür uzunluğuna təsir göstərir.

Təhsil və intellektual fəaliyyət də psixi rifah üçün vacibdir. Onlar şənlik əlavə edir və ümumi emosional əhval-ruhiyyəni artırır.

Nəhayət, aktiv qocalmanın həlledici amillərindən biri də maraqdır. İnsan daim nə iləsə maraqlanırsa, həyata daha çox bağlanıır. Koqnitiv fəaliyyət insanı inkişafa və irəliləməyə sövq edir. 

Xəzər
Cebhe.info