“Con Vik”in aktyoru vəfat edib

“Con Vik”in aktyoru vəfat edib

“Con Vik” franşizası və “Dinləmə” serialı ilə ün qazanan amerikalı aktyor Lens Reddik 60 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə TMZ yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, aktyorun meyiti Hollivud yaxınlığında Studio-Sitidəki evində aşkarlanıb.

Sənətkarın ölüm səbəbi hələlik aydın deyil. Lakin, mənbələrin sözlərinə görə, L. Reddikin ölümü təbii səbəblərdən olub.

Cebhe.info