Daha bir məşhur tiktoker həbs edildi

Britaniyalı “TikTok” fenomeni Ellis Metyus britaniyalı vergi ödəyicilərini aldatmaq və Taylandda olarkən viza müddətini aşmaq ittihamı ilə həbs edilib.
“Cebheinfo.az” xəbər verir ki, fenomen "Ruhi xəstəlik" səbəbiylə İngiltərə hökumətindən 2 300 funt-sterlinq maddi yardım aldığı ortaya çıxıb.
Banqkokda həbs edilən gənc qadın çəkdiyi “TikTok” videoları ilə məşhurlaşıb.
Ellis paylaşdığı bir videoda britaniyalı vergi ödəyiciləri sayəsində aldığı dövlət yardımı ilə dəbdəbəli həyat sürdüyünü bildirdikdən sonra şikayət olunub.
"Bu videolar sadəcə bir zarafat idi. Həqiqət budur ki, mən Taylandda olarkən İngiltərədən bir qəpik də yardım almadım. İngiltərədəki insanların niyə qəzəbli olduqlarını başa düşürəm, ona görə də məni başa düşmürlər. Amma daha çox izləyici toplamaq və “TikTok”dan daha çox pul qazanmaq üçün sadəcə olaraq videolarımda yalan danışırdım. Hamısı böyük bir yalan idi", - deyə tiktoker bildirib.
Həbsxanada saxlanma şəraitindən də danışan fenomen bildirib ki, təsəvvür edə biləcəyiniz dərəcədə ən pis həbsxanadır:
“Dərim səpgilərlə örtülüb, həm mən, həm də oğlum bitləndik, dəhşətli həşərat dişləmələri var, ətrafda siçovullar dolaşırdı. Düyü və çox iyrənc olan siçan əti ilə həyatda qaldıq. Bizə siçan əti yedizdirdilər”.
Tayland səlahiyyətliləri tərəfindən deportasiya edilməsi planlaşdırılan fenomen, "İngiltərəyə qayıtmaqdansa, burada qalmağı üstün tuturam. İngiltərəyə dönsəm, sosial xidmətlər oğlumu əlimdən alacaq. Bu səbəbdən Türkiyə və ya Kamboca mənim üçün daha yaxşı seçimdir" deyə bildirib.
Əfsanə
“Cebheinfo.az”