İlginc tapıntı: İnsan öləndən sonra da bu orqan yaşayır

Ölümdən sonra insan bədənində birindən başqa bütün orqanlar fəaliyyətini dayandırır.
Ancaq bağırsaqlar aylarla işləməyə davam edir.
Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın Tennessi Universitetinin tədqiqatçıları tapıblar. Onların araşdırması “Ecological Processes” jurnalında dərc olunub.
Alimlərin fikrincə, insan mikrobiomu yüz trilyondan çox hüceyrədən ibarətdir və təxminən 2-3 kiloqram ağırlığındadır. Mütəxəssislər müəyyən ediblər ki, bağırsaqlarda tapılan bakteriyaların DNT-si insanların ölümündən aylar və hətta illər sonra məzarlarında tapıla bilər. Eyni zamanda, mikrobiomun oksigenə ehtiyacı yoxdur.
Üstəlik, bədənin parçalanması prosesində əhəmiyyətli rol oynayır - orqan və toxumalarda zülalları məhv edir, bu da azotun sərbəst buraxılmasına səbəb olur. Qaz bitkilər tərəfindən asanlıqla udulur, buna görə də dəfn yerlərinin ətrafında çox vaxt zəngin bitki örtüyü var, alimlər qeyd edirlər.
Xəzər
Cebhe.info