TikTok satılacaq? - AÇIQLAMA

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan TikTok-un gələcəyi müzakirə mövzusu olmağa davam edir.
Cebhe.info xəbər verir ki, TikTok-dan satılacağı xəbərlərinə ilk reaksiya gəlib.
Belə ki, platformanın rəhbəri Şou Zi Çyu satışın heç nəyi dəyişməyəcəyini açıqlayıb:
"TikTok-un satılması ABŞ və digər ölkələrin milli təhlükəsizliklə bağlı narahatlıqlarını aparmayacaq".
O, platformanı satmaq üçün ABŞ-ın təzyiq göstərməsinin doğru olmadığını da bildirib.
Qeyd edək ki, ötən günlərdə ABŞ Prezidenti Co Baydenin TikTok-un Çinin nəzarətindən çıxması üçün satılması istədiyinə dair xəbərlər yayılıb.
Baydenin TikTok-un təcili şəkildə satılması üçün platformanın rəhbərinə ciddi təzyiq göstərdiyi də vurğulanırdı.
Elmir
Cebhe.info