"YouTube"dan ən çox pul qazananlar - SİYAHI

Sosial şəbəkə vasitəsilə ən çox pul qazananların adları məlum olub.
Cebhe.info xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Sadalanan 50 adın 2,6 milyard izləyicidən istifadə edərək təxminən 700 milyon dollar qazandığı bildirilib.
"MrBeast" adı ilə tanınan Cimmi Donaldson 82 milyon dollar qazanc ilə birinci yerdədir. "MrBeast" Antarktidada 50 saat sağ qalmağa çalışdığı və "Willy Wonka" şokolad fabriki tikdiyi videoları ilə diqqət çəkir.
"KSI" kimi tanınan Olajide Olatunji 2009-cu ildə "YouTube"da FIFA video oyunlarına reaksiya verməyə başladı və qəribə yumoru ilə milyonlarla izləyicini özünə cəlb etdi. Onun qazancı 24 milyon dollardır.
"YouTube"dakı şoularla milyonlarla istifadəçinin marağına səbəb olan boksçu Jake Paul, ildə təxminən 34 milyon dollar qazanaraq siyahıda üçüncü yerdədir.
Günay Şahmar
Cebhe.info