"Azdrama"da dava: Teatr səbəbi açıqladı

"Azdrama"da dava: Teatr səbəbi açıqladı

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.

Davanın teatrın Bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib.

Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Xəbəri "Qaynarinfo" paylaşıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii şuranın iclası keçirilib: 

"İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.  Aktyorlar arasında qeyd olunan fakt iclasdankənar məsələ - tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır".

Teatrdan bildirilib ki, hüquq-mühafizə orqanlarına müraciət faktı qeydə alınmayıb.

"Cebheinfo.az"