"Başlanğıc" animasiya filmi beynəlxalq festivalda

Almaniyanın Haydelberq şəhərində hər il beynəlxalq səssiz filmlər festivalı keçirilir.
Bu il keçirilən festivalda Azərbaycandan da film təqdim olunub.
Cəbhe.info xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Festivalda iştirak edəcək "Başlanğıc" qısametrajlı cizgi filminin rejissoru Vaqif Behbudov, ssenari müəllifi Rüstəm İbrahimbəyovdur.
Ekran əsərini alman pianoçu Fridvart Göbbels müşayiət edəcək. Film 1981-ci ildə lentə alınıb.
Festival yanvar ayının 27-dən 30-dək davam edəcək. 21 ildir keçirilən səssiz filmlər festivalınının yaradıcısı, təşkilatçısı Güney Azərbaycan əsilli Huşəng Vahididir.
2023-cü ilin Səssiz Film Festivalının proqramına Azərbaycan filmi ilə yanaşı, Almaniya, ABŞ, Rusiya, İsveçə məxsus filmlər daxil edilib.
Günay Şahmar
Cəbhə.info