Kərəm Alışıkın yeni layihəsi bəlli oldu

Kərəm Alışıkın yeni layihəsi bəlli oldu

Türkiyəli məşhur aktyor Kərəm Alışıkın yeni layihəsi məlum olub.

“Cebhe.info” xəbər verir ki, sənətçi yeni serial hazırlıqlarına başlayıb.

O, uzun müddətdir bir çox layihə təkliflərini rədd edirdi. Lakin Kərəm Alışık məşhur rejissor Ufuk Bayraktarın serialında oynamağı qəbul edib. Aktyor “Bir Zamanlar Çukurova” da serialını çəkən “Tims & B” şirkəti ilə razılaşıb. O, Kapadokyada çəkiləcək “Siyah Kalp” serialında baş rolu ifa edəcək. Kərəm Alışık ekran işində “Samet” obrazına həyat verəcək.

Elmir Mustafa
“Cebhe.info”