"Kurtlar Vadisi"nin aktyoru ata oldu

"Kurtlar Vadisi"nin aktyoru ata oldu

Türkiyəli məşhur aktyor Mustafa Üstündağ ikinci dəfə ata olub. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun həmkarı Umut Oğuz paylaşım edib. 

Lakin hələlik aktyorun övladının cinsiyyəti və adı açıqlanmayıb. Qeyd edək ki, Mustafa Üstündağ 2022-ci ildə jurnalist Tuba Kalçık ilə evlənib. 

48 yaşlı aktyorun tanınmış aktrisa Ecem Özkaya ilə olan ilk evliliyindən Ahmet Kaan adında bir oğlu var. Onu da əlavə edək ki, Mustafa Üstündağ daha çox əfsanəvi serial "Kurtlar Vadisi Pusu"dakı "Muro" obrazı ilə tanınır. 

Aslan
"Cebheinfo.az"