Məşhur aktyor bu serialda çəkiləcək

Məşhur aktyor bu serialda çəkiləcək

Türkiyəli məşhur aktyor Erol Babaoğlunun yeni layihəsi bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, o, "Gayrimeşru İstanbul" serialında rol alacaq.

Sənətçi "Max"da yayımlanacaq ekran işində "Kenan" obrazına həyat verəcək. Layihənin baş rollarında isə Aytaç Şaşmaz və Serra Arıtürk çəkiləcək.

Qeyd edək ki, Erol Babaoğlu karyerası ərzində "Eşkıya Dünyaya Hükümdar Olmaz", "Ömer", "Gaddar", "Hudutsuz Sevda" və "Kızıl Goncalar" kimi seriallarda rol alıb.

Aslan
"Cebheinfo.az"